Türkiyənin Antalya şəhərində 5 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, A.Esin adlı şəxsin idarə etdiyi avtomobil Yunus Emre B.-nin nəqliyyat vasitəsi ilə toqquşub. Daha həmin avtomobillər 2 minik avtomobili və yük maşını ilə toqquşub.
Hadisə nəticəsində 7 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım əməkdaşları tərəfindən yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Hadisə yerinə yanğınsöndürən, polis və təcili tibbi yardım qrupları cəlb edilib.
Şəbnəm Mehdizadə
