Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 12 terrorçunu məhv edib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Onun sözlərinə görə, hərbçilər Zap bölgəsində terrorçuların sığındığı "Çemço" adlı mağaraya girib və xeyli sayda silah-sursatı ələ keçirib.
"Mehmetçik "ölsəm şəhid, qalsam qazi" anlayışı ilə vətəni üçün çalışmağa qətiyyətlə davam edir", – deyə nazir qeyd edib.
Şəbnəm Mehdizadə
