"Ruslar Zaporojye vilayətinin Orexov şəhərini yandırıcı mərmilərlə vurublar".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri Yuri Malaşko deyib.
Onun sözlərinə görə, ərazidə yanğınlar başlayıb: "Aprelin 18-də düşmən artıq üç dəfə Orexovoya zərbələr endirib. Beynəlxalq hüquqla qadağan edilmiş yandırıcı mərmilər atıblar".
Malaşko əlavə edib ki, hazırda yanğının və düşmən hücumlarının nəticələri aradan qaldırılır: “Xoşbəxtlikdən ölən və ya xəsarət alan yoxdur".
Şəbnəm Mehdizadə
