Türkiyənin Eskişehir vilayətində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə İnönü-Bozüyük yolunun 7-ci kilometrliyində qeydə alınıb. Belə ki, sükan arxasındakı sürücü Zafer Bozdemir idarəetməni itirərək avtobusu aşırıb.
Hadisə nəticəsində 3 nəfər həlak olub, 31 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Məlumata görə, avtobusdakı sərnişinlər İnönüdəki fabrikin işçiləri olub.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
