Məzmuna keç

Xarkovun atəşə tutulması nəticəsində daha 2 mülki şəxs həlak olub

"Ötən gün Xarkov vilayətinin Volçansk şəhərində rusların endirdiyi hava zərbəsi nəticəsində həlak olanların cəsədləri tapılıb".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.

Onun sözlərinə görə, xilasedicilər dağıntılar altından bir kişi və bir qadının cəsədlərini çıxarıblar: “Volçansk şəhərində aviazərbənin endirildiyi yerdə aparılan axtarış-xilasetmə əməliyyatları zamanı həlak olan iki mülki şəxsin – 50 yaşlı kişi və 44 yaşlı qadının cəsədi tapılıb".

Sinequbov, həmçinin bu gün səhər saatlarında Rusiyanın Xarkov vilayətini atəşə tutması nəticəsində bir gündə 4 nəfərin yaralandığını bildirib.

Şəbnəm Mehdizadə