Məzmuna keç

General Putinin Luqansk və Xersona səfər etməsinin səbəbini açıqladı

"Putin Kremlin ən çox ehtimal etdiyi bir neçə bölgəyə səfər edib. Rusiya Ukraynanın əks-hücumunun bir neçə mümkün istiqamətini öyrənməyə çalışır".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko “Obozrevatel”ə müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin Luqansk və Xersona səfərindən danışarkən deyib.

Romanenko bildirib ki, Kreml bu bölgələri Ukrayna Silahlı Qüvvələrinin əks-hücum üçün ən çox ehtimal olunan ərazilər hesab edir.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən əsas zərbənin hara, ikinci dərəcəli zərbənin harada olacağını müəyyənləşdirməyə hələ vaxtı var.

General-leytenant onu da xatırladıb ki, Ukraynanın şərqində hələ də qanlı döyüşlər gedir: "Orada düşmən tükənib. İndi ruslar qüvvələri Baxmutdan Avdeyevkaya köçürürlər, amma heç yerdə uğur qazanmırlar. Ona görə də Putinin arzuladığı Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxışdan danışmağa dəyməz".

Şəbnəm Mehdizadə