ABŞ Prezidenti Cozef Bayden Çin Sədri Si Cinpinlə telefon danışığı aparmağa hazırlaşır, lakin hələlik konkret planlar barədə məlumat veriləcək bir şey yoxdur.
E-huquq.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer mütəmadi keçirilən brifinqdə bildirib.
“Biz dəfələrlə demişik ki, prezident Sədr Siyə zəng edəcək. Mən sizə indi zəng barədə məlumat verə bilmərəm”, – o deyib.
Mətbuat katibi vurğulayıb ki, Vaşinqton Pekinlə kommunikasiya kanallarını açıq saxlamağı vacib sayır: “Biz Çinlə strateji rəqabətdən danışsaq da … Çinlə ikitərəfli əlaqələri vacib hesab edirik. Bu dəyişməyib. Biz bu istiqamətdə irəliləməkdə davam edəcəyik”.
