Məzmuna keç

Sakaryada ağır qəza: ölən və yaralılar var

Türkiyənin Sakarya şəhərində ağır yol-qəza hadisəsi baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, mikroavtobusun beton bariyerə çırpılması nəticəsində 2 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib.

Qəza səbəbindən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Şəbnəm Mehdizadə