Məzmuna keç

Nigeriyada “Lassa” qızdırmasından ölənlərin sayı 151-ə çatıb

Nigeriyada heyvandan insana keçən və ölümlə nəticələnə bilən "Lassa" qızdırması epidemiyasında bu il həyatını itirənlərin sayı 151-ə yüksəlib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) məlumat yayıb.

Bildirilib ki, "Lassa" epidemiyası 26 ştata, eləcə də paytaxt Abucaya yayılmağa davam edib.

Yanvar ayından bu yana ölkədə 4 555 nəfərdə virusun simptomları müşahidə olunub və onlardan 869-da aparılan analizlər müsbət çıxıb.

Epidemiyadan ölənlərin çoxunun uşaqlar olduğu bildirilir.

Nigeriya hökuməti fevralın əvvəlində "Lassa" qızdırmasına görə "fövqəladə vəziyyət" elan edib.

Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən noyabrın 20-dək "Lasa" qızdırmasına 989 yoluxma halı aşkarlanıb, onlardan 178 nəfər ölüb.

Şəbnəm Mehdizadə