Məzmuna keç

Türkiyənin zəlzələ bölgəsində güclü fırtınada 1 nəfər ölüb, 44 nəfər yaralanıb

Türkiyənin zəlzələ bölgəsi olan Kahramanmaraş şəhərinin Pazarcık rayonunda güclü fırtına olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fırtına nəticəsində 1 nəfər ölüb, 44 nəfər yaralanıb.

Hava şəraiti səbəbindən 170 çadırın zədələndiyi bildirilir.

Qasırğanın təsiri ilə bəzi avtomobillər aşıb.

Dağıntıların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

Şəbnəm Mehdizadə