Məzmuna keç

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi beynəlxalq axtarışa verildi

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov beynəlxalq axtarışa verilib.

E-huquq.az xəbər verir ki, aprelin 21-də Moskvanın Lefortovo Məhkəməsi Kirill Budanovu Rusiyada terror aktlarının təşkilində təqsirli bilərək qiyabi həbs edib.

“Budanov beynəlxalq axtarışa verilib. Həbs-qətimkan tədbiri ya Rusiya ərazisinə təhvil verildiyi, ya da Rusiya ərazisində həbs edildiyi andan iki ay müddətində qüvvədə olacaq”, – deyə məhkəmənin qərarında bildirilib