Məzmuna keç

İstanbulda zəncirvari qəza: 8 nəfər yaralandı

Türkiyənin İstanbul şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az-ın məlumatına görə, Levent istiqamətində hərəkətdə olan avtomobil eyni istiqamətdə gedən digər avtomobillə toqquşub.

İdarəetməni itirən avtomobil yolu ayıran dəmir baryerlərə və işıq dirəyinə çırpılıb və nəticədə daha 5 avtomobil toqquşmasına səbəb olub.

7 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 8 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürənlər cəlb olunub.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar xəstəxanaya aparılıb.

Şəbnəm Mehdizadə