Məzmuna keç

ISW: “Rusiya qoşunlarının Baxmutda irəliləməsi dayanıb”

"Rus ordusu Baxmut və ətrafına hücumlarını davam etdirsə də, son iki gün ərzində heç bir uğur əldə etməyib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında bildirilib.

Məlumatda qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri Baxmutun şimal-qərbində rusların hücumlarını dəf edib: "Bundan əlavə, Ukrayna hərbçiləri Xromovo-Çasov Yar yolundan düşməni geri çəkmək üçün mübarizəni davam etdirir. Rus nizami qoşunları isə Baxmutdan şimal-qərbdə Ukrayna Silahlı Qüvvələri ilə mövqe döyüşlərində iştirak edir".

Həmçinin bildirilib ki, rus işğalçıları Donetsk vilayətinin Uqledar şəhərinə ardıcıl irimiqyaslı hava zərbələri endirib: "Ötən gün rus qoşunlarının Bolşaya Novoselka ərazisində Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarması və aprelin 23-də Uqledar şəhərinə hücum etməsi barədə məlumatlar yayılıb".

Şəbnəm Mehdizadə