Məzmuna keç

Zəlzələdə dağıntılar altından çıxarılan 1808 uşaq ailələrinə təhvil verilib

Türkiyədə zəlzələdən sonra dağıntılar altından çıxarılan 1914 uşaqdan 1808-i ailələrinə təhvil verilib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi "Twitter" səhifəsində məlumat yayıb.

Bildirilib ki, 71 uşaq nazirlliyin himayəsinə götürülüb. Onlardan 16-nın şəxsiyyəti hələlik müəyyən olunmayıb.

Hazırda 26 uşağın müalicəsinin davam etdirildiyi qeyd olunub.

Şəbnəm Mehdizadə