Məzmuna keç

Melitopol meri: “Ruslar 14 yaşdan yuxarı uşaqlarla bağlı məlumatları hərbi komissarlığa təqdim ediblər”

"Ruslar işğal olunmuş ərazilərdə sonradan öz qoşunlarına səfərbər oluna biləcək ukraynalıların məcburi yoxlanışını həyata keçirirlər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Melitopol meri İvan Fedorov "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, xüsusən də 14 yaşdan yuxarı uşaqlarla bağlı məlumatlar kütləvi şəkildə hərbi komissarlığa ötürülür

“Ona görə də hərbi xidmət keçməli olanların qeydiyyatına başlamaq üçün onları da “Hərbi Komissarlığın” reyestrindən keçirirlər. Sakinlərimizin necə səfərbər olunacağı ilə bağlı heç bir fikrim yoxdur, çünki onlar Ukraynaya qarşı döyüşməyəcəklər. Amma digər tərəfdən, bu gün düşmən səfərbərlik potensialını yoxlayır”, – Fedorov qeyd edib.

Şəbnəm Mehdizadə