Məzmuna keç

Türkiyədə vəkilin avtomobili yandırıldı

Türkiyədə vəkilin avtomobili yandırılıb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, motosikletlə gələn 2 nəfər Dənizli Vəkillər Kollegiyasının vəkili İpək Ekizə məxsus avtomobilin üzərinə benzin tökərək yandırıblar.

İpək Ekiz istintaqa ifadəsində maşının sevgilisi olan vəkil həmkarı tərəfindən yandırıldığını iddia edib. Vəkilin sözlərinə görə, sevgilisindən ayrılmaq istədiyi üçün o, bu addımı atıb.

İpək Ekiz sevgilisinin onu "Sənə ən böyük dərsi verəcəm" kimi mesajlarla təhdid etdiyini deyib. Adıçəkilən şəxs isə polisə verdiyi ifadədə ona qarşı irəli sürülən ittihamları rədd edib.

Faktla bağlı Çivril Prokurorluğunda cinayət işi açılıb.

Şəbnəm Mehdizadə