Türkiyənin 21 vilayətində anti-terror əməliyyatları keçirilib.
E.hüquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, anti-terror əməliyyatları Diyarbəkir, Bursa, Siirt, Mardin, Qaziantep, İstanbul, Bingöl, Batman, İzmir, Mersin, Şanlıurfa, Van, Şırnak, Muş, Bitlis, Hakkari, Osmaniye, Sivas, Malatya, Ankara və Adıyamanda həyata keçirilib.
PKK/KCK terror təşkilatı maliyyələşdirən, gəncləri aldadıb təşkilata daxil edərək terror əməllərini sifariş verən, Halkların Demokratik Partisi (HDP) bələdiyyələrindən bəzi şirkətlər vasitəsilə təşkilata pul köçürən şübhəli şəxslərin ünvanlarına basqın edilib.
Əməliyyat zamanı 110 nəfər saxlanılıb.
Qeyd edək ki, əməliyyat davam edir.
Şəbnəm Mehdizadə
