Məzmuna keç

Ukrayna Baş Qərargahı: “Rus işğalçıları Zaporojye və Xerson istiqamətlərində müdafiəyə keçirlər”

"Rus işğalçıları Zaporojye və Xerson istiqamətlərində müdafiəyə keçirlər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Qeyd olunub ki, ruslar hərbi toqquşmaların baş verdiyi ərazilərə yaxın yaşayış məntəqələrini atəşə tutur.

"Yaralılara tibbi yardım göstərmək üçün rus işğalçıları müvəqqəti işğal olunmuş Luqansk vilayətinin yaşayış məntəqələrindəki tibb müəssisələrindən fəal şəkildə istifadə etməkdə davam edirlər. Xüsusilə, Xrustalnı şəhərində işğalçılar şəhər xəstəxanasının ərazisində hərbi xəstəxana yaratmışdılar", – məlumatda deyilir..

Şəbnəm Mehdizadə