Məzmuna keç

İtaliya Sudandan 200 nəfəri təxliyə edib –

İtaliya hökuməti Sudandan 140-ı italyan olmaqla, 200 nəfəri təxliyə edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib.

Onlar Xartum Beynəlxalq Hava Limanından İtaliya Hərbi Hava Qüvvələrinə məxsus iki C-130 tipli hərbi nəqliyyat təyyarəsi ilə aparılıb.

Tajani Sudanda tərəflərlə görüşdüyünü və İtaliya vətəndaşlarının təhlükəsizliyinə təminat verildiyini bəyan edib.

Qeyd edək ki, Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında baş verən silahlı qarşıdurmalarda 400-dən çox insan həyatını itirib.

Şəbnəm Mehdizadə