Türkiyə Sudandan vətəndaşlarının təxliyəsini davam etdirir, artıq 1490 Türkiyə vətəndaşı avtobuslarla yola salınıb.
E-huquq.az "CNN Türk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, təxliyə oluna 640 nəfərin Efiopiyaya çatıb.
"Sudandakı prosesi yaxından izləyirik. Bütün alternativləri araşdırdıq, nəhayət Efiopiya üzərindən təxliyənin daha yaxşı olacağını düşündük. 1490 nəfər avtobuslarla yola salındı Onlardan 640-ı Efiopiyaya çatıb. 189 nəfər sərhədi keçib Addis Abbaya gedir. Hazırda 850 nəfər yoldadır. Porto Sudandan 23 vətəndaşımız bizə müraciət edib. Onlarla əlaqə saxlayırıq, sabah axşam Ciddəyə gedəcək və səfirimiz onları qarşılayacaq. Onları təyyarə ilə gətirəcəyik. Sərhəd keçmə prosesini asanlaşdırmaq üçün Efiopiyanın xarici işlər naziri ilə danışdım. Heç kim təxliyə edə bilmir. Bir çox ölkələr bizdən kömək istəyir", – deyə nazir bildirib.
Şəbnəm Mehdizadə
