"Qara dənizdə vəziyyət ciddi şəkildə dəyişib, Rusiya gəmilərinin sayı artıb".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrindən bildirilib.
"Aprelin 25-i çərşənbə axşamı saat 10:30-a olan məlumata görə, bu dənizdə düşmənin yeddi gəmisi, o cümlədən iki “Kalibr” qanadlı raket daşıyıcısı hazır vəziyyətdədir. Azov dənizində bir düşmən gəmisi var. Aralıq dənizində dördə qədər düşmən gəmisi var, onlardan üçü "Kalibr" qanadlı raketlərinin daşıyıcısıdır", – məlumatda qeyd olunub.
Şəbnəm Mehdizadə
