Liviya sahillərində içində 72 miqrantın olduğu gəmi batıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Liviya Sahil Mühafizəsindən bildirilib.
Məlumata görə, Suriya, Pakistan, Banqladeş və Afrika vətəndaşlarının olduğu gəmidəki 61 immiqrant xilas edilib.
Biri uşaq olmaqla 11 nəfərin cəsədi çıxarılıb.
Beləliklə son üç gündə gəmi batması nəticəsində ölən miqrantların sayı 47-ə çatıb.
Şəbnəm Mehdizadə
