Türkiyənin Bursa şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, şagirdləri daşıyan avtobus yük maşını ilə toqquşub.
Nəticədə 22-si şagird olmaqla 23 nəfər yaralanıb.
Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürən və təcili tibbi yardım briqadası göndərilib.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin yaxşı olduğu bildirilir.
Şəbnəm Mehdizadə
