Türkiyənin Şırnak şəhərində yanacaqdaşıyan tankerlə pikap toqquşub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım, polis əməkdaşları və xilasetmə qrupları cəlb edilib.
Xəsarət alan şəxslər dərhal xəstəxanaya çatdırılıb.
Qəzadan sonra tankerdəki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şəbnəm Mehdizadə
