Türkiyənin Afyonkarahisar şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az-ın "TRT Haber"ə istinadən məlumatına görə, Əmirdağ rayonundan Süvərməz kəndi istiqamətində hərəkətdə olan avtomobil yük maşını ilə toqquşub. İdarə etməni itirən yük maşınının sürücüsü hərəkətdə olan başqa bir yük maşını ilə toqquşub.
Hadisə nəticəsində 2 nəfər ölüb.
Faktla bağlı araşdırmaılara başlanılıb.
Şəbnəm Mehdizadə
