Məzmuna keç

Braziliyada polislərlə silahlı dəstə arasında atışma olub, 7 nəfər ölüb

Braziliyada təhlükəsizlik qüvvələrinin cinayətkar dəstəyə qarşı keçirdiyi əməliyyat zamanı 7 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Goias əyalətində baş verib.

Dəstə üzvləri polisin "təslim ol" əmrinə atəşlə cavab verib və nəticədə silahlı qarşıdurma yaşanıb.

Hadisə nəticəsində dəstənin 7 üzvü öldürülüb, 5 nəfər isə hadisə yerindən qaçıb.

Əməliyyat çərçivəsində çoxlu sayda silah və oğurlanmış 4 avtomobilin ələ keçirilib.

Qaçan dəstə üzvlərinin tutulması üçün əməliyyatın davam etdiyi bildirilib.

Şəbnəm Mehdizadə