Türkiyənin Muğla şəhərində müəllimləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Seydikemer rayonunda baş verib.
Belə ki, Fethiyedən Karadere məktəbinə müəllimləri aparan mikroavtobusun sürücüsü yağışlı hava səbəbindən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
Hadisə nəticəsində 9 müəllim və sürücü xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Şəbnəm Mehdizadə
