"Rus qoşunları Xersonun mərkəzindəki yaşayış massivinə və Kizomis kəndinə hücum edib, ölənlər var".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Xerson Hərbi Administrasiyanın rəhbəri Aleksandr Prokudin deyib.
Onun sözlərinə görə, bir neçə mənzilə ziyan dəyib: "Təəssüf ki, 42 yaşlı kişi ağır xəsarətlər alıb".
"Rusiya hərbçiləri Kizomis kəndinə də beş uzaqdan idarə olunan bomba atıblar. Hazırda dağıntı və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir", – Prokudin bildirib.
Şəbnəm Mehdizadə
