Məzmuna keç

Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə-Rusiya əlaqələri və regional məsələlər müzakirə edilib.

Ərdoğan bu gün açılışı olacaq Akkuyu Atom Elektrik Stansiyasına verdiyi töhfəyə görə rusiyalı həmkarına təşəkkür edib.

Həmçinin, Rusiya-Ukrayna müharibəsi, taxıl müqaviləsi ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparılıb. Türkiyə Prezidenti təklif olunan işçi qrupu vasitəsilə yeni təşəbbüslərin üzərində işlənə biləcəyini bildirib.

Telefon danışığı zamanı Suriyadakı hadisələr də müzakirə edilib.

Müzakirədə Türkiyənin vitse-prezidenti Fuat Oktay, prezident sözçüsü İbrahim Kalın və MİT rəhbəri Hakan Fidan da iştirak edib.

Şəbnəm Mehdizadə