Məzmuna keç

Ukrayna Baş Prokurorluğu: “Rus işğalçıları 73 ukraynalı əsgəri edam ediblər”

"Rus işğalçıları 73 ukraynalı əsgəri edam ediblər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğundan bildirilib.

Məlumata görə, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları rusların ukraynalı hərbi əsirlərə qarşı törətdikləri 265 cinayətlə bağlı ibtidai istintaq aparırlar.

"Müstəntiqlər cinayətlərin bütün hallarının müəyyən edilməsi üçün tədbirlər görür, digər prosessual hərəkətlər üzərində işləyirlər", – deyə qeyd olunub.

Şəbnəm Mehdizadə