Məzmuna keç

Ukrayna Baş Qərargahı: “Düşmən öz itkilərini məhbusların hesabına bərpa etməyə davam edir”

"Düşmən öz canlı qüvvə itkilərini məhbusların hesabına bərpa etməyə davam edir".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

"Bu yaxınlarda 400-ə yaxın belə şəxsin işğalçıların Zaporojye vilayətinin Berdyansk Berdyansk rayonundakı səhra düşərgələrindən birinə gəlməsi qeyd edildi”, – deyə məlumatda deyilir.

Eyni zamanda qeyd edilir ki, belə bir addım Luqansk vilayətində də gözlənilir: "Məhkumlar arasından təxminən 200 nəfər üçün şəhər yaxınlığındakı poliqonlardan birində təlimin planlaşdırılması məlumdur. Təlim bir neçə həftə davam edəcək".

Bundan əlavə, bildirilir ki, itaətsizlik göstərən və ya qaçmağa cəhd edənlərə atəş açmaq əmri verilib.

Şəbnəm Mehdizadə