Türkiyənin Ankara şəhərində yaşayış binasında yanğın olub.
E-huquq.az “TRT Haber”ə istinaədn xəbər verir ki, 4 mərtəbəli binanın 1-ci mərtəbəsindəki mağazada baş verən alovlanma qısa müddətdə bütün binaya keçib.
Hadisə yerinə xilasetmə qrupları, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Sakinlər təxliyə olunub.
Yanğın söndürülüb. Mağaza və binanın fasadı yararsız hala düşüb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
