Məzmuna keç

İngiltərədə təhsil işçiləri tətil edir

İngiltərədə təhsil işçiləri əməkhaqlarının artırılması tələbi ilə tətilə başlayıblar.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, minlərlə müəllim bu tələblə paytaxt Londona toplaşıb.

Maaşlarının artırılmasını istəyən təhsil işçiləri yürüş keçirib və əllərində “Daha yaxşısını tələb edirik” yazılmış plakatlar qaldırıblar.

Qeyd edək ki, tibb işçilərinin başlatdığı tətil təcili yardım əməkdaşlarının da iştirakı ilə davam edir. İngiltərədə pasport idarəsinin işçiləri də tətil etmək qərarına gəliblər. Əmək haqqı, pensiya, iş şəraiti və iş təhlükəsizliyi ilə bağlı mübahisələr fonunda 1000-ə yaxın insan cümə gününə qədər işləməyəcək.

Şəbnəm Mehdizadə