Məzmuna keç

Fransada pensiya yaşının 60-a endirilməsi ilə bağlı qanun layihəsi parlamentə təqdim edildi

Fransanın Milli Birlik Partiyası pensiya yaşının 60-a endirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə partiyanın parlamentdəki sözçüsü, millət vəkili Laure Lavalette "Twitter"də məlumat verib.

Bildirilib ki, Milli Birlik Partiyası 20 yaşından əvvəl işə başlayanların 60 yaşında pensiyaya çıxması barədə təkliflərini parlamentə təqdim edib.

Qeyd edək ki, sözügedən layihə iş həyatına başlama yaşına uyğun olaraq pensiyaya çıxmaq üçün 40-42 yaş arasında mükafat ödənilməsini əhatə edir.

Şəbnəm Mehdizadə