Məzmuna keç

Çanaqqala sahillərində 4,2 bal gücündə zəlzələ olub

Çanaqqala sahillərində 4,2 bal gücündə zəlzələ baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) məlumat yayıb.

Egey dənizi, Saros körfəzində yerli vaxtla saat 04:50-də qeydə alınan yeraltı təkanların episentri 18 kilometr dərinlikdə olub.

Çanaqqala valiliyi zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmadığını açıqlayıb.

Şəbnəm Mehdizadə