Serbiyada Mladenovac şəhərin Dubona kəndində 8 nəfərin ölümü ilə nəticələnən silahlı hücumu törətməktə şübhəli bilinən şəxs saxlanılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
21 yaşlı şəxsin Kraqujevac şəhərində hüquq-mühafizə orqanlarının 600-dək əməkdaşının iştirak etdiyi əməliyyat nəticəsində saxlanıldığı bildirilib.
Məlumatda, həmçinin hücumda yaralananların sayının 14-ə yüksəldiyi qeyd olunub.
Bildirlib ki, yaralıların müalicəsi Belqrad və Smederevo xəstəxanalarında davam etdirilir.
Serbiya Prezidenti Aleksandar Vuçiçin hadisə ilə bağlı mətbuata açıqlama verəcəyi gözlənilir.
Şəbnəm Mehdizadə
