Məzmuna keç

Yaponiyada 6,3 bal gücündə zəlzələ olub

Yaponiyanın qərbindəki İşikava əyalətində 6,3 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumat yayıb.

Şiddətli silkələnmə bütün sahilyanı İşikava əyalətində, xüsusən də Vacima və Suzu şəhərlərində hiss olunub.

Yerli vaxtla saat 14:42-də baş verən yeraltı təkanların episentri 10 kilometr dərinlikdə qeydə alınıb.

NHK Dövlət Televiziyasının məlumatına görə, zəlzələ Yaponiya dənizi sahillərindəki Niiqata, Toyama və Fukui şəhərlərində də hiss olunub.

Şəbnəm Mehdizadə