Məzmuna keç

Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 51-ə çatdı

Ekvadorda martın 27-də baş verən torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayının 51-ə çatıb.

E-huquq.az bu barədə xarici mətbuata istinadən məlumat verir.

Məlumata görə, Çimborazo əyalətinin Alausi qəsəbəsində baş verən sürüşmə nəticəsində itkin düşənlərin axtarışları davam edir.

Hələ də yerin altında 37 nəfərin olduğu və cəsədlərin çıxarılması üçün işlərin davam etdiyi bildirilib.

Sürüşmə zamanı 163 evin dağıldığı, 57 evin isə tamamilə yararsız vəziyyətə düşdüyü açıqlanıb.

Ekvadorun Nəqliyyat və İctimai İşlər Nazirliyi bağlanan yolları nəqliyyatın hərəkətinə açılması üçün davamlı olaraq çalışdıqlarını və martın 30-da Çimborazo əyalətində "fövqəladə vəziyyət" elan etdiklərini bildirib.

Şəbnəm Mehdizadə