ABŞ-ın Texas ştatında ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobilin avtobus dayacağına çırpılması nəticəsində 7 nəfər ölüb, 6 nəfər yaralanıb.
Polis rəisi Martin Sandoval bildirib ki, qəza miqrant sığınacağı ilə üzbəüz avtobus dayanacağında baş verib. Qəza zamanı ölən və yaralananların hamısı miqrantlar olub.
Hadisəni törədən sürücü həbs olunub.
Şəbnəm Mehdizadə
