Türkiyədə vəkil adı alıtında vətəndaşlara qarşı dələduzluq edən 17 nəfər saxlanılıb.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, onların internet vasitəsilə 200 nəfərə qarşı dələduzluq etdikləri məlum olub.
Belə ki, həmin şəxslər saxta sənədlər hazırlayaraq zərərçəkmişlərə barələrində məhkəmə icraatının başladığını deyib və pul qarşılığında razılıq əldə edə biləcəklərini vəd ediblər.
Yazışma zamanı vəkillərə məxsus fotolardan istifadə edən dələduzlar zərərçəkmişlərdən 2 min ilə 30 min lirə arasında pul göndərmələrini istəyiblər.
Saxlanılan şəxslərdən 15-i barəsində həbs, 2-i isə barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə
