Türkiyənin Denizli şəhərində leysan yağışları səbəbindən bəzi evləri və obyektləri su basıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, axşam saatlarından başlayan və intensivləşən leysan şəhərdə bir sıra fəsadlar törədib.
Leysan nəticəsində avtomobillər su altında qalıb, orta məktəbin divarı uçub.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Şəbnəm Mehdizadə
