Məzmuna keç

Melitopolun mərkəzində güclü partlayış baş verib

"Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş Melitopol şəhərinin mərkəzində güclü partlayış baş verib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Melitopol meri İvan Fedorov bildirib.

O, hadisə ilə bağlı araşdırma apardıqlarını qeyd edib.

Yerli “Ria-Melitopol” qəzetinin məlumatına görə, partlayış səsləri şəhərin mərkəzi hissəsi və Pesçanaya ərazisində eşidilib. Nəşr yazır ki, rus hərbçiləri partlayış baş verdiyini təsdiqləyib. Onların yalnız yaxınlıqda dayanmış avtomobillər zədələndiyi bildiriblər.

Şəbnəm Mehdizadə