Məzmuna keç

Türkiyədə ağır qəza, ölənlər və yaralılar var

Türkiyənin Niğde vilayətində ağır yol-qəza hadisəsi baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşaraq yolun yaxınlığındakı sahəyə düşüb.

Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Yaralılar Niğde Ömer Halisdemir Universiteti Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə