Məzmuna keç

İzmirdə əyləncə məkanında silahlı insident baş verib, ölən var

Türkiyənin İzmir şəhərində əyləncə məkanında silahlı insident baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, məkanda baş verən mübahisə zamanı naməlum şəxs odlu silahdan atəş açıb.

Nəticədə bir nəfər yaralanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xikas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və tibb işçiləri cəlb edilib.

Polis şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyata başlayıb.

Şəbnəm Mehdizadə