"Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası ötən sutka ərzində işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 9 zərbə endirib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Məlumata görə, düşmənin müxtəlif tipli 6 PUA-sı məhv edilib.
Eyni zamanda, qeyd olunur ki, düşmən müvəqqəti işğal olunmuş yaşayış məntəqələrinin təhsil ocaqlarından öz məqsədləri üçün istifadə etməkdə davam edir. Baş Qərargahın məlumatına görə, Donetsk vilayətinin Yasinovataya şəhərində yerli məktəblərdən biri şəxsi heyətin yerləşdirilməsi üçün düşmən tərəfindən istifadə olunur. Təhsil ocağının həyətində hərbi texnika gizlədilib, zirzəmi isə sığınacaq kimi istiadə edilir.
Şəbnəm Mehdizadə
