Məzmuna keç

Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkisinin sayı 200 minə çatır

Son sutkada Rusiya Silahlı Qüvvələri Ukraynada 520 hərbçisini itirib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiya ordusunun canlı qüvvə itkisi 199 980 nəfərə çatıb.

Qeyd edək ki, 24 fevral 2022-ci il tarixindən etibarən Rusiyanın müharibədə 3762 tank, 7 348 zirehli maşın, 2 732 operativ-taktiki PUA, 3150 artilleriya sistemi, 562 reaktiv yaylım atəşi sistemi, 316 hava hücumundan müdafiə sistemi, 973 qanadlı raket, 308 təyyarə, 294 helikopter, 18 gəmi/qayıq, 6048 avtomobil və tanker, 410 xüsusi texnikasl məhv edilib.

Şəbnəm Mehdizadə