Məzmuna keç

Son 10 il ərzində 34 mindən artıq müəllim MİQ imtahanlarında iştirak edərək işə qəbul olub

"Bu il müəllimlərin işə qəbulu üzrə 10 minə yaxın vakansiyanın elan edilməsini planlaşdırırıq. Bu rəqəm bir az çox ola bilər".

E-huquq.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, bu il 8 minə yaxın müəllim eyni anda imtahan verə biləcək: "8 min nəfərlik yer biz imkan verəcək ki, ibtidai sinif müəllimləri istisna olmaqla, digər ixtisas müəllimləri bir seansda imtahan verə bilsin".

E.Əmrullayev onu da qeyd edib ki, son 10 il ərzində 34 mindən artıq müəllim MİQ imtahanlarında iştirak edərək işə qəbul olub: "Bu, təqribən hər dörd müəllimdən birinin MİQ imtahanı ilə işə qəbul olması deməkdir"

Şəbnəm Mehdizadə