Məzmuna keç

İtaliya polisi 2,7 ton kokain müsadirə edib

İtaliyanın cənubundakı Gioia Tauro limanında 2,7 ton kokain müsadirə edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları Gürcüstanın Batumi limanı vasitəsilə Ermənistana gedən iki konteynerdə axtarış aparıb.

Aparılan axtarışlar nəticəsində 12 metrdən uzun soyuducu qablarda banan olan yükün içindən gizlədilmiş 2,7 ton kokain aşkar edilib.

Müsadirə edilən narkotik maddənin dəyərinin 800 milyon avrodan çox olduğu bildirilib.

Məlumata görə, 2021-ci ilin yanvar ayından etibarən Gioia Tauro limanında ümumilikdə 37 ton kokain müsadirə edilib.

Şəbnəm Mehdizadə