Türkiyənin Sakarya şəhərinin Adapazarı rayonunda qida zəhərlənməsi şübhəsi ilə 6 şagird xəstəxanaya yerləşdirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Tansu Çiller Peşə və Texniki Anadolu Liseyində evdən gətirdikləri yeməkləri yeyən şagirdlərdən bəzilərində ürək bulanması, ağrı və ishal şikayətləri olub.
Sakarya Təhsil və Araşdırma Xəstəxanasına aparılan şagirdlərin vəziyyətinin hazırda yaxşı olduğu bildirilib.
Faktla bağlı araşdırma başlanılıb.
Şəbnəm Mehdizadə
