Məzmuna keç

Türkiyədə 12 avtomobilin iştirakı ilə zəncirvari qəza, yaralılar var

Türkiyənin Maltepe vilayətində 12 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağışlı havaya görə yolların sürüşkən olması avtomobillərin idarəetmədən çıxaraq bir-birinə çırpılmasına səbəb olub.

Hadisə nəticəsində 3 nəfər yaralanıb.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Avtomobillər evakuatorların köməyi ilə çıxarıldıqdan sonra yol yenidən nəqliyyatın hərəkətinə açılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə